Digər
ABŞ Qara dənizdə hücuma hazırlaşır – Rusiyadan Türkiyəyə ŞOK TƏKLİF
Rusiyadan Türkiyəyə ABŞ-ın döyüş gəmilərinin boğazlara
buraxılmaması təklifi verilib.
Publika.az xəbər verir ki, bu təkliflə Dövlət Dumasının
deputatı Aleksey Juravlyov çıxış edib.
Rusiyalı deputat ABŞ donanmasının “USS Carney” adlı raket daşıyan
gəmisinin Qara dənizə daxil olduğunu bildirib.
“ABŞ Qara dənizdə davamlı olaraq təlimlər keçirir. Ukrayna və
Gürcüstanı da bu təlimlərə qoşmağı planlaşdırır. Bu cür təlimlərlə
Rusiyanı qorxuda bilməzlər. Bu, əslində, Türkiyəyə qarşı bir
təhdiddir. Çünki ABŞ Qara dənizdə hərbi müdaxiləyə hazırlaşır.
Mənim Ankaraya tövsiyəm odur ki, boğazları ABŞ-ın döyüş gəmilərinin
üzünə bağlasın”, - deyə rusiyalı deputat bildirib.
Asif