“ABŞ-ın “qamçı və pryanik” taktikası...” – Pekindən Trampa ETİRAZ
Çin ABŞ-ı yeni ticarət rüsumlarının tətbiqinə cavab verməklə hədələyib.
Publika.az xəbər verir ki, bu haqda Çinin Ticarət Nazirliyinin bəyanatına istinadən “Blomberg” agentliyi bildirib.
“Çin ticarət müharibəsinin sonrakı eskalasiyası üzrə ABŞ-ın təhdidlərinə tamamilə hazırdır. Biz lazımı əks-tədbirləri qəbul etməyə məcbur olacağıq”, - idarənin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, ABŞ-ın Çin barəsində oynamağa çalışdığı “qamçı və pryanik” taktikası faydasızdır.
Eyni zamanda, agentlik qeyd edir ki, ABŞ Pekinin müəyyən güzəştlərə gedəcəyi halda, Çinlə danışıqları yeniləməyə hazırdır.
Qeyd edək ki, ABŞ administrasiyasının daha əvvəl açıqladığı məlumata görə, 200 milyard dollar məbləğində Çin malları və xidmətlərinin idxalı üçün gömrük rüsumlarını 25 faizə qədər artırmağa hazırlaşır. Amerika prezidenti Donald Tramp daha əvvəl 10 faizlik gömrük rüsumları tətbiq etmək istəyirdi, amma sonradan bu göstəricinin kifayət etmədiyini bildirib.
Tramp iyulun 20-də qeyd etmişdi ki, sonuna qədər getməyə və ümumilikdə, təxminən 500 milyard dollarlıq Çin mallarının idxalına rüsumları tətbiq etməyə hazırdır.
Ömər