Digər

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu

Metbuat.az

Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.

Milli.Az bildirir ki, Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.

Milli.Az