Digər

ABŞ Fələstinə 200 milyon dollarlıq yardımı dayandırdı

Metbuat.az

ABŞ HƏMAS hərəkatının hərəkətləri ilə əlaqədar fələstinlilərə 200 milyon dollar yardım göstərilməsi haqqında qərarı təkrar gözdən keçirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib.

“Bu vəsaitlərin ABŞ-ın milli maraqlarına uyğun olaraq xərcləndiyinə əmin olmaq üçün prezident Trampın göstərişi ilə ABŞ-ın Fələstin administrasiyasına köməyini təkrar gözdən keçirdik. Bu icmal nəticəsində, prezidentin göstərişi ilə indi bu fondlar başqa yerlərdə yüksək prioritetli layihələrə yönəldiləcək”, - idarənin nümayəndəsi qeyd edib.