Digər
ABŞ-da hərbi bazada həyəcan siqnalı verildi
ABŞ-ın Ohayo ştatının Deyton şəhərinin yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Rayt-Patterson bazasında həyəcan siqnalı verilib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda bazanın komandanlığının tvitter səhifəsində bildirilib.
Məlumata görə, həyəcan siqnalının verilməsinin səbəbi bazanın ərazisində naməlum silahlı insanın olmasıdır. Hadisə yerinə polislər və yanğınsöndürənlər cəlb edilib.