Digər

ABŞ-da ATIŞMA - 4 ölü, 11 yaralı

Metbuat.az

ABŞ-ın Florida ştatının Ceksonvil şəhərində atışma baş verib.

Publika.az xəbər verir ki, “News4jax” xəbərlər portalının məlumatına görə, naməlum silahlı insanlara atəş açıb.

Portal hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən, hadisə nəticəsində ən azı 4 nəfərin həlak olduğunu, daha 11-nin yaralandığını xəbər verib. Şəhər polisinin başçısı da hadisə nəticəsində çoxsaylı qurbanların olduğunu açıqlayıb.

İlkin məlumatlara, hadisə “Jacksonville Landing” əyləncə kompleksində kiber idmanı üzrə yarış zamanı baş verib.

Polis silahlı şəxsin öldürüldüyünü açıqlayıb.