Ölkə
91 yaşlı kişi avtomobillə supermarketə girdi – FOTO
Almaniyanın Sarbryuken şəhərində 91 yaşlı kişi maşınla supermarketlərdən birinə girib.
Publika.az DPA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər zərər çəkib.
Polis əməkdaşının məlumatına görə, onlardan 3-ü ağır vəziyyətdədir.
Sürücünün özü də yaralanıb. Polis təxmin edir ki, kişi nəqliyyat vasitəsi üzərində nəzarəti itirib.