Digər

3-ü uşaq olmaqla 7 ölü - DƏHŞƏTLİ QƏZA - FOTO

Metbuat.az

Türkiyənin Ərzincan şəhərində iki avtomobil toqquşub.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində üçü uşaq olmaqla yeddi nəfər ölüb, üç nəfər yaralanıb.

Hüseyn Adıbelinin idarə etdiyi avtomobil Ərzincan-Sivas avtobomil yolunda Kamil Karataşın idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində sürücü və sərnişinlər avtomobildə sıxışıb. Yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Gülxar