Ölkə
26 gün öncə avtomobilin vurduğu qadın dünyasını dəyişib
Mingəçevir şəhərində 26 gün öncə avtomobil tərəfindən vurulan qadın xəstəxanada dünyasını dəyişib.
Milli.Az report.az-a istinadən bildirir ki, iyulun 15-də şəhərin Bayraq meydanında "Nissan" markalı avtomobil tərəfindən vurulan 1954-cü il təvəllüdlü Labidə Fərrux qızı Nəsibova həkimlərin səylərinə baxmayaraq, bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, baş vermiş qəzada 4 nəfər piyada xəsarət almışdı. L.Nəsibovanın qızı və 3 yaşlı nəvəsi hadisənin ertəsi günü dünyasını dəyişmişdi. Ağır xəsarət almış həyat yoldaşı Zülfiqar Nəsibovun müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir.
Milli.Az