Ölkə

Zərərli vərdişlər insan sağlamlığına böyük təhlükədir

Metbuat.az

Ağstafa, 8 aprel,

AZƏRTAC

Aprelin 8-də Ağstafa rayonunun Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbində 9-11-ci sinif şagirdlərinin iştirakı ilə erkən nikahlar, insan alveri, narkomaniya və zərərli maddələrin dövriyyəsi və istifadəsinə qarşı mübarizəyə dair seminar-müşavirə keçirilib.


AZƏRTAC

xəbər verir ki, seminar-müşavirəni rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq, narkomaniyanın bəşəriyyəti narahat edən məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirir, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.


Sonra rayon polis şöbəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev rayonda narkomaniyanın qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.


Digər çıxış edənlər gənclər arasında bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, zərərli vərdişlərin insan sağlamlığına böyük təhlükə olduğunu bildiriblər.