Digər

Zaqatalada kişi kəsici alətlə özünə xəsarət yetirdi

Metbuat.az

Zaqatalada 35 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.



Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, 1980-cı il təvəllüdlü M. Ə. sərxoş vəziyyətdə tanışı ilə mübahisə edərkən kəsici alətlə hər iki qolunun bilək nahiyəsinə xəsarət yetirib.



M.Ə.-yə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS