Digər

Zaqatalada ikimərtəbəli evdə yanğın olub

Metbuat.az

[ 01 Aprel 2015 09:51 ]



Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada iki ailəyə məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün səhər saatlarında rayonun Qəbizdərə kəndində Rəcəb Buduşov və Xatirə İbrahimovaya məxsus, ümumi sahəsi 216 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin çardaq hissəsinin 72 kv/m-lik sahəsinin yanar konstruksiyaları və evdə ümumi sahəsi 48 kv/m (hər mərtəbəsi 24 kv/m.) olan 2 otağın yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.