Digər
Milli.Az
Zaqatalada iki kişi zəhərləndi
Kanal S (Region TV) xəbər verir ki, Zaqatalada zəhərlənmə faktı qeydə alınıb. Gecə saat 00:30 radələrində rayonun Aşağı Tala kənd sakini, 1966-cı il təvəllüdlü
Qüdrət Xəlil oğlu Eldarov, saat 04 rədələrində isə rayonun Lahıc kənd sakini, 1983-cü il təvəllüdlü
Elsevər Rəhim oğlu İsmayılovzəhərlənmə əlamətləri ilə mərkəzi xəstəxanaya daxil olublar. Müayinə zamanı məlum olub ki, Qüdrət sirkə turşusundan, Elsevər isə göbələkdən zəhərlənib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Ancaq onların vəziyyətləri ağır hesab olunduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.
Milli.Az