Digər

Zaqatalada göbələk və sirkə turşusundan zəhərlənmə olub

Metbuat.az

[ 22 Aprel 2015 09:58 ]



Zaqatala Vüqar Heydərov - APA. Zaqatala rayonunda göbələk və sirkə turşusundan zəhərlənmə olub. 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 00:30 radələrində rayonun Aşağı Tala kənd sakini 1966-cı il təvəllüdlü Qüdrət Xəlil oğlu Eldarov, saat  04 radələrində isə rayonun Lahıc kənd sakini, 1983-cü il təvəllüdlü  Elsevər Rəhim oğlu İsmayılov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, Qüdrət Eldarov  sirkə turşusundan,  Elsevər İsmayılov isə göbələkdən zəhərlənib.  Hər iki şəxsə lazımı ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.