Digər

Zaqatalada 44 yaşlı qadın qidadan zəhərlənib - FOTO

Metbuat.az

[ 13 Aprel 2015 15:19 ]



Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən  məlumata görə, rayonun Əlibayramlı kənd sakini 44 yaşlı Nərgiz  Salman qızı Musayeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin müayinəsi və araşdırmasından  sonra məlum olub ki, Nərgiz Musayeva ailəsi ilə birgə gün ərzində göbələk də daxil olmaqla müxtəlif  növ qidalar qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nərgiz Musayevaya lazımi  tibbi yardım göstərib, vəziyyəti hazırda stabildir.

Faktla bağlı araşdırma aparılır.