Digər

Zabit Səmədov Dubayda döyüşəcək (FOTO)

Metbuat.az

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünə çıxır.



ANS PRESS-in məlumaıtna görə, Z.Səmədov bu gün Dubayda “Global Fighting Championship”də mübarizə aparacaq.



Dubay turnirinin əvvəlki mərhələsində qələbə qazanan Z.Səmədov bu dəfə Böyük Britaniya idmançısı Stiv Makkinon ilə qarşılaşacaq.



Qeyd edək ki, Azərbaycanlı professional idmançısı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nakaut edib. Bir dəfə heç-heçəyə qalıb, 9 dəfə isə məğlub olub.





Mənbə
ANS PRESS