Digər

Zabit Səmədov britaniyalını döydü

Metbuat.az

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Dubayda aprelin 17-də keçirdiyi döyüşdə qalib gəlib.



ANS PRESS-in məlumatına görə, “Global Fighting Championship” turniri çərçivəsində böyük britaniyalı idmançı Stiv Makkinon ilə qarşılaşan idmançımız ardıcıl 8-ci qələbəsini qazanıb.



Qeyd edək ki, azərbaycanlı professional idmançı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nakaut edib.



Bir dəfə heç-heçəyə qalıb, 9 dəfə isə məğlub olub.

Mənbə
ANS PRESS