Zabit Səmədov 1 milyon qazandı
O, Dubay şəhərində keçirilən “Global Fighting Championship 3″ turnirinin qalibi olub
Azərbaycanın K-1 döyüşçüsü
Zabit SəmədovBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global Fighting Championship 3″ turnirinin qalibi olub.
Anspress
-in məlumatına görə, 31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib çıxıb.
Qaydalara əsasən, 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıb.
Yarımfinalda şotlandiyalı idmançı
Stiv Makkinnonu üstələyən Zabit Səmədov finala adlayıb.
"Mauqli" finalda Konqo-Almaniya əsilli
Danyo İlunqailə üz-üzə gəlib. 3 raunddan ibarət görüşdə rəqibinə güclü zərbələr vuran Səmədov İlunqaya şans verməyib. Hakimlərin qərarına əsasən, döyüşçülər əlavə 4-cü raundda mübarizə aparmalı olublar. Yekunda hakimlərin qərarına əsasən, Zabit Səmədov “Global Fighting Championship 3″ turnirinin qalibi olub.
Qeyd edək ki, idmançımız qalib üçün ayrılan kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.
Milli.Az