Digər
Yunanıstan avrozonadan necə çıxa bilər?
Yunanıstanın avrozonada qalması üçün aparılan mübarizənin altıncı ilində hərkəsin səbri də, Yunanıstan hökumətinin pulu da tükənməkdədir.
İstiqrazlar üzrə gəlirlərə baxdıqda investorlar Yunanıstanın avrozonada qalacağını gözləməli olsalar da, “UniCredit Bank AG” şirkətində çalışan Erik Nilsen kimi iqtisadçılar bildirir ki, ölkənin tədavülə yeni valyuta çıxarmağa məcbur olmasına az qalmış ola bilər.
Avronun qəbul edilməsinin yaxşı nəticələr verməyəci həmişə düşünülüb, ona görə də avrozonadan çıxmaq üçün heç bir hüquqi presedent və ya siyasi plan yoxdur. Əgər dəqiq rəsmi bir elan gözləyirsinizsə, hələ çox gözləyəcəksiniz.
Yunanıstan üçün növbəti addımlar arasında avronun saxlanılmasından imtinaya qədər, xarici borcların ödənilməsi üçün yardımlardan yenidən istifadə etməklə birdən çox valyutanın dövriyyədə saxlanılması kimi tərəddüdlü tədbirlər var.
Yunanıstanda bu iqtisadi vəziyyətin necə yarandığını dünyaya kimi deyəcəyi də eyni dərəcədə qeyri-müəyyəndir. Bu elanı verəcəyi düşünülən mümkün şəxslər arasında Tsipras, Avropa Mərkəzi Bankı, Avropa İttifaqının Prezidenti Donald Task və Avropa Komissiyasının Sədri Jan-Klod Yunker var.
İqtisadçı, investor və keçmiş siyasətçilərdən götürülən müsahibələr əsasında müəyyənləşdirilən ssenarilər:
SSENARİ A
Yanvar ayında keçirilən seçkilərdə qalib gəlmiş və yardım üçün verilən kreditlərin sərt şərtlərinin ləğv ediləcəyi vədini verən “Syriza” partiyasının rəhbəri Tsipras kreditor tələblərinə təslim olur. Onun məqsədləri uğrunda riski gözə olması nəticəsinsə pul ehtiyatları tükənib və Yunanıstan bankları şikəst vəziyyətində qalıb.
Avrozonadan çıxmaqla kreditlərin müqabilində sərt iqtisadi tədbirlər həyata keçirmək arasında qalan Tsipras nağd pulu seçir. AMB (Avropa Mərkəzi Bankı) maliyyə sisteminə dəstəyini saxlayır.
Yardımlar davam etsə də, ən sərt dəstəkçilər üsyana başladıqca hökumətin sayılı günləri qalır. Yeni koalisiya formalaşdırılır və Avropa tərəfdarı müxalifət partiyalarının dəstəyi Tsiprası ya vəzifədə saxlayır, ya da yeni seçkilər keçirilir.
AMB və Beynəlxalq Valyuta Fonduna borcların ödənilməsi üçün yeni kreditlərdən istifadə olunduqca və ölkənin maliyyə vəsaitləri bərpa olunduqca avrozonaya üzvlük üçün də zəmanət yaranır. Yunanıstan yardım kreditlərinin ödənilməsi və xalqın mənfi reaksiyasını yumşaltmaq üçün daha yüngül şərtlər əldə edir.
SSENARİ B
Yunanıstanın maliyyə naziri Yaris Varufakis bildirib ki, avrozonada üzvlük Eagles qrupunun 1976-cı ilə aid mahnısının sözlərinə bənzəyir: “İstədiyin vaxt burda çıxa, ancaq buranı heç vaxt tərk edə bilməzsən.”
Tsipras Almaniya hökumətindən “Syriza” partiyasının kommunist fraksiyalarına qədər bütün maraqlı tərəflərin qəbul edəcəyi bir uzlaşma təmin edə bilməzsə, hadisələrin gedişatı dəyişməyə bilər.
Yunanıstanın yeganə maliyyə mənbəyi olan yardım kreditləri dayandırılıb. Avropada siyasi liderlərin davam etmək istəməmələri ilə AMB Yunanıstanda bankları iflas etməkdən qoruyan vasitə - Təcili Likvidlik Yardımını normalaşdırır. Bu isə tələbin qarşılanması üçün kifayət qədər pul olmadığından kapitala nəzarət edilməsini tələb edir.
SSENARİ B1
Bu ssenariyə görə, pul çəkilməsi və pul köçürmələrinə məhdudiyyətlər qoyulması ilə kapitala nəzarət edilməsinin nəticələri Tsiprası güzəştə getməyə məcbur edir. Rəy sorğuları göstərir ki, əhalinin üçdə ikis və dörddə üçü arasında olmaqla yunanların əksəriyyəti “nəyin bahasına olur-olsun” avrozonada qalmaq istəyir.
Tsipras Avropa tərəfdarı olan müxalifət partiyalarında olan millə vəkilləri ilə yeni bir koalisiya yaradır. Kapital hərəkətinə nəzarət şəraitində və bağlanmış banklarla keçirilən referendum hadisələrin gedişatını dəyişdirmək səlahiyyəti verir. Birlik hökuməti yaradılır və Yunanıstan avrozonada qalsa da, bu qarışıqlıq yeni bir durğunluğa səbəb olur.
SSENARİ B2
Bankların bağlanması ilə siyasi vəziyyət pisləşir və xalq üsyanı güclənir, Almaniya ölkənin əsas düşməni kimi hədəf götürülür. Rəy sorğuları avrozonadan çıxmağa meylliliyin artdığını göstərir.
Kapitalın hərəkətinə nəzarət tədavülə yeni valyutanın buraxılması və ya ölkədaxili ödənişlər üçün borc sənədlərinin yaradılması üçün hökumətə imkan və vaxt verir. Yeni müvəqqəti sənəd tez bir zamanda borca girir, bu da 2008-ci ildən bəri dörddə bir nisbətində kiçilmiş iqtisadiyyatın əsasının zəif olduğunu göstərir.
Avrozonaya daxil olan dövlətlər təsir göstərmək məqsədilə Yunanıstana sabit dönərli valyuta ilə kredit verirlər. Bunda məqsəd isə strateji baxımdan mühüm regionda bir dövləti iflasa uğrada biləcək ümumi iqtisadi tənəzzülün qarşısını almaqdır.
Ssenariyə görə, Yunanıstanın BVF-ə kreditlərini ödənilməsini təmin edərək dövlət müəssisələrinə borcu yenidən təşkil edilir. Yunanıstan borc vəsaitləri bazarlarında yenə də kənarda qalır.
Yunanıstanın əksər şirkətləri və bankları öhdəliklərini yerinə yetirmir. Parçalanmış maliyyə sisteminin yenidən kapitallaşdırılması üçün bəzi bank əmanətlərindən istifadə olunur. 2012-ci ildə dövlət borcunun restrukturizasiyası ilə artıq əminlik yaranıb ki, dövlət növbəti bir neçə il iqtisadiyyatın vəziyyəti stabilləşənə qədər özəl investorlaravə avrozonaya ödəniş etməli olmayacaq.
Yeni buraxılan əskinas da, avro da tədavüldədir. Yunanıstanın ciddi maliyyə problemləri olmasına baxmayaraq, avrozonanı rəsmi olaraq tərk etməyib, yaxşı adla geri qayıtması üçün də qapı açıqdır.
SSENARİ C
Bu fərziyyəyə görə isə, Yunanıstan borc öhdəliklərini yerinə yetirmədən, etirazların olduğu bir şəraitdə əksəriyyət üçün səfaləti gücləndirərək hökumətin hər şeyə görə Almaniyanı günahlamdırması isə avrozonadan ayrılır.
Yeni valyutanın dəstəklənməsi və istiqrazlarla BVF borcusunun saxlanılması üçün heç bir yardım göstərilmir. Bununla isə bütün kreditorlar üçün bir öhdəliyin yerinə yetirilməməsi digərlərinin də yerinə yetirilməməsinə səbəb olduğunu göstərən müddəalar yaranır. Hökumət və bankların süqut etməsi ilə yeni strukturun yaranmasına qədər illər keçir.
Yunanıstanda iknci iqtisadi böhran başlayır. Kapitalizm tarixində öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı ən böyük zərbə Avropanı yenidən böhrana qaytarır və İtaliya kimi avrozonaya daxil olan zəif ölkələr üzərində təzyiq yaradır.
Düşmənçilik Yunanıstanın Avropa İttifaqından da çıxmasına səbəb olur. Avronun sarsılmaz olduğu fikri isə sual altına düşür, qlobal bazarlar zəifləməyə başlayır.
İqtisadiyyatın uğursuzluğu istər sol, istərsə də radikal sağ olsun, ekstremistlərin hakimiyyəti ələ almaları üçün yol açır. Bacaranlar isə ölkəni tərk edirlər.
Bu qarışıqlıq Yunanıstanın NATO-ya üzvlüyü üçün də şübhə yaradır. Kömək üçün Rusiyaya müraciət edən yeni və qeyri-stabil hökumət Vladimir Putin üçün Aralıq dənizi bölgəsində mövqe təmin edir.