Yunanıstan Almaniyadan dünyanı istədi
Yunanaıstan Almaniyanı borclu çıxardı. ANS PRESS-in "Hüriyyət"ə istinadla verdiyi məlumata görə, savaş təzminatı ilə bağlı yunan hökuməti dəqiq rəqəm açıqlayıb.
Yunanıstanın maliyyə naziri Dimitris Mardas faşizm zamanı ortaya çıxan maddi ziyan və itkilər üçün Almaniyadan 278 milyard 700 milyon avro tələb etdiyini bildirib.
Mardas, yunan parlamentindəki açıqlamada bu nəticənin təzminat barədə araşdırma aparan bir komissiyanın dəyərləndirməsindən sonra əldə edildiyini deyib.
İndi parlament araşdırma komissiyası və Yunanıstan məhkəməsi indi bu pulun Almaniyadan necə alacaqlarını araşdırır.
Qeyd edək ki, təzminat məsələsi on illərdir iki ölkə arasında gərginliyə yol açan bir məsələdir. İkinci dünya müharibəsi illərində faşistlər 1944-cü ildə Distomo bölgəsi başda olmaqla bir çox qətliamlar törədib.
Alman hökuməti isə Yunanıstanın iddialarını rədd edir. Onlar məsələnin Almanyanın birləşməsi zamanı imzalanan ‘'İki üstəgəl dörd razılığı" ilə qapandığını bildirib.
Yunanıstanın baş naziri Aleksis Tsipras mart ayında Afinada çıxışında bu zamana qədər hakimiyyətə gələn alman hökumətlərinin "hüquqi oyunlarla" bu təzminatı ödəməkdən qaçdığını demişdi.
Mənbə
ANS PRESS