Dünya

Yük bölməsində kənar səs aşkarlanan təyyarə məcburi eniş edib

Metbuat.az


Bakı, 14 aprel,

AZƏRTAC

Sietl - Los-Anceles reysi ilə uçan Alaska Airlines şirkətinə məxsus Boeing 737 təyyarəsi yük bölməsində kənar səslər aşkarlanması səbəbi ilə havada 14 dəqiqə qaldıqdan sonra məcburi eniş edib.


AZƏRTAC

Vesti.ru saytına istinadla xəbər verir ki, təyyarə hava limanına endikdən sonra onun yük bölməsində fəhlənin qaldığı məlum olub. Fəhlə xəsarət almasa da, müayinə üçün xəstəxanaya çatdırılıb.


Hadisənin baş vermə səbəblərinin araşdırıldığı, lakin fəhlənin yük bölməsində yuxu tutaraq yatdığı və bu səbəbdən də yaddan çıxdığı bildirilir.