Digər

Yeni neft yatağı tapıldı

Metbuat.az

Böyük Britaniyada böyük neft yataqları aşkarlanıb.



ANS PRESS-in məlumatına görə, Londonda böyüklüyünə görə ikinci hava limanı olan Qatvikin yaxınlığında tapılan neft yataqlarında ehtiyatın 100 milyard barrel olduğu təxmin edilir.



Ölkənin cənubunda yerləşən bu ərazidəki neftin kommersiya baxımından yalnız 15 faizədək çıxarmaq mümkündür.



Ekspertlərin fikrincə, belə olan halda buradakı neft hasilatı İngiltərənin 15 il müddətində neftə olan tələbatının 30 faizini verə bilər.


Mənbə
ANS PRESS