Ölkə

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində növbəti müzakirə keçirilib

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində “Beynəlxalq münasibətlər və diplomatiya klubu” layihəsi çərçivəsində növbəti müzakirə keçirilib.


YAP GB-dən

AZƏRTAC

-a bildiriblər ki, tədbir iştirakçıları “Dünya düzənində müasir çağırışlar və fərqli siyasi meyllər” mövzusunu müzakirə ediblər.


Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının siyasi araşdırmalar institutunun direktoru, YAP beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov iştirak edib. Müzakirələrdə dünyanın müxtəlif regionlarında baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.