İdman

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Şahmat klubu” layihəsinə start verib

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) “Şahmat klubu” layihəsinin açılışı olub.


YAP GB-dən

AZƏRTAC

-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin intellektual səviyyəsinin artırılmasıdır. Şahmat dərslərinin gənclər arasında geniş maraq doğurmasını və müraciətlərin sayının çox olmasını nəzərə alaraq, Birlik “Şahmat klubu”nu pilot layihə kimi davam etdirəcək. YAP GB Azərbaycan Şahmat Federasiyası ilə birgə layihəni uğurla başa vuran gənclərə dərəcə verilməsinə və onların beynəlxalq yarışlarda iştirak etməsinə şərait yaradacaq.