Dünya

Yəməndə ölənlərin sayı məlum oldu

Metbuat.az

Martın 26-dan aprelin 6-dək Yəməndə husilərə qarşı başlanan əməliyyatda 643 nəfər ölüb, 2223 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilir. 

Bundan əvvəl, BMT-nin Uşaq Fondu (UNICEF) münaqişə zamanı 74 uşağın öldüyünü, 44-ünün isə yaralandığını bəyan etmişdi.

Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.