Dünya

Yəməndə koalisiya qüvvələrinin aviazərbələri nəticəsində 40 nəfər ölüb, 600 nəfər yaralanıb

Metbuat.az

[ 21 Aprel 2015 14:01 ]



Bakı. Ülkər Bəkirli – APA. Yəməndə ərəb koalisiyasının hava hücumları nəticəsində 40-dan çox dinc sakin ölüb, 600 nəfər yaralanıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hava zərbələrinin hədəfi “Ənsar Allah” hərəkatının silah anbarları olub.

Hərəkatın nümayəndələri bildiriblər ki, aviazərbələrə rəğmən silah arsenalı ziyan görməyib.