Dünya

Yəməndə hərbi əməliyyat ölkə prezidentinin xahişi ilə dayandırılıb

Metbuat.az

[ 22 Aprel 2015 03:27 ]


Bakı-APA. Ərəb ölkələri koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyata son bu ölkənin prezidenti Əbd Rəbbo Mənsur Hadinin xahişi əsasında qoyulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ər Riyadda mətbuat konfransında koalisiya komandanlığının nümayəndəsi Əhməd Əl Asiri bildirib.   

 “Əməliyyat prezident Hadi və ölkənin qanuni hökumətinin xahişi ilə dayandırılıb”, deyə o bildirib.

Onun sözlərinə görə, əməliyyatın yekunlaşmasına baxmayaraq koalisiya üsyançı husilərin irəliləməsinin qarşısını almaqda tədbirləri davam etdirəcək.