Dünya

Yəməndə hava zərbələri nəticəsində 29 nəfər ölüb

Metbuat.az

[ 01 Aprel 2015 06:36 ]



Bakı-APA. Aprelin 1-ə keçən gecə koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəməndə 29 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, daha 24 nəfər xəsarət alıb.

Hava zərbəsinin Hodeyda şəhərindəki ərzaq məhsulları müəssisəsinin ərazisinə endirildiyi bildirilir. Hadisənin digər təfərrüatları məlum deyil.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.