Dünya

Yəməndə hava zərbələri nəticəsində 25 nəfər ölüb

Metbuat.az

[ 20 Aprel 2015 23:37 ]


Bakı-APA. Aprelin 20-də koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəməndə azı 25 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, daha 389 nəfər xəsarət alıb.

Hava zərbələrinin Səna şəhərindəki raket bazasının ərazisinə endirildiyi bildirilir.  “Saba” informasiya agentliyinin məlumatına əsasən, zərərçəkənlər arasında qadınlar və uşaqlar çoxluq təşkil edir.  

Qeyd edək ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir.