Dünya
Anspress
Milli.Az
Yəməndə çox sayda qatıqçı fəhlə öldü
Hadisə nəticəsində 29 fəhlə ölüb, 18 nəfəri ağır olmaqla 25 nəfər xəsarət alıb
Yəmənin Hüdeydə şəhərindəki qatıq fabrikində yanğın baş verib.
Anspress
-in məlumatına görə, bədbəxt hadisə nəticəsində 29 fəhlə ölüb, 18 nəfəri ağır olmaqla 25 nəfər xəsarət alıb.
Yəmən Səhiyyə Nazirliyi Hüdeydə bürosunun rəhbəri Əbdürrəhman Carullah “Anadolu” agentliyinin bölgə müxbirinə verdiyi açıqlamada faktı doğrulayıb.
Bəzi mənbələr Ərəb koalisiyasının husilərə qarşı keçirdiyi hava hücumu zamanı fabrikə qəlpə dəydiyini və yanğının da bu səbəbdən baş verdiyini iddia edirlər.
Digər bir mənbə isə yanğının husilərin nəzarətində olan hava limanından həyata keçirilən tank atəşi zamanı baş verdiyini iddia edib.
Fabrik rəhbərliyi isə hadisə barədə açıqlama verməyib.
Milli.Az