Dünya

​Yəmən və Səudiyyə Ərəbistanı sərhədində toqquşmalar başlayıb

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Ordusu Yəmən ilə sərhəddə üsyançı husilərlə silahlı toqquşmaya başlayıb.


"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən RİA "Novosti" məlumat yayıb.


Hərbi əməliyyatlar "Alb" sərhəd-keçid məntəqəsində və Katof regionu ərazisində aparılır.


Məlumata görə, Səudiyyə Ordusu döyüşləri vertolyotların mühafizəsi altında aparır, həmçinin hərbi əməliyyatlarda "Katyuşa"lardan istifadə olunur.