Ölkə
Yaxın günlərdə Yevlax rayonunun Ərəş kəndinə təbii qaz veriləcək
Yevlax, 14 aprel, Tahir Ağaməmmədov,
AZƏRTAC
Yevlax rayonunun Ərəş kəndinin qazlaşdırılması başa çatıb.
Tərtər Regional Qaz İstismar İdarəsindən
AZƏRTAC-a bildiriblər ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 min 172 metr müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 420 abonenti olan kənddə bütün evlərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ərəş kəndinin sakinləri tezliklə “mavi yanacaq”la təmin olunacaq.