Digər

Yatdığı yerdə üstünə ilan düşdü

Metbuat.az
Bərdədə yatağının üstünə ilan düşən qadın şok keçirib

Bərdə rayonunun Kətəlparaq kəndində yenidən ilanlar peyda olub. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bu dəfə ilanlar Kəlbəcər rayonundan olan məcburi köçkün

Xansuvar Xasay oğlu Salmanov

un evində görünüb. Bu gün səhər Xansuvar Salmanovun həyat yoldaşı

Nəzakət Talıb qızı İsayeva

yatdığı zaman üstünə ilan düşüb.



Yuxudan oyanaraq yatağının üstündəki ilanı görən xanım qorxudan qışqırmağa başlayıb. Onun səsinə gələn ailə üzvləri Nəzakət İsayevanın huşsuz vəziyyətdə olduğunu görüblər. İlan isə hələ də yatağın üstündə olub. Ailə üzvləri ilanı ölüdürüblər. İlanın Nəzakət İsayevanı sancdığını güman edən yaxınları təcili tibbi yardıma müraciət ediblər. Hadisə yerinə gələn həkimlər xanımı müayinə etdikdən sonra onun qorxudan şok keçirdiyini deyiblər. O, ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.



Xatırladaq ki, Kətəlparaq kəndindəki köhnə məktəb binası dağıdıldıqdan sonra bu yaşayış məntəqəsində ilanlar görünməyə başlayıb.



Milli.Az