Digər

Yaşlı qadının ömrünü yolda kəsdilər

Metbuat.az

Ötən axşam Göyçayda baş verən yol qəzası piyadanın ölümü ilə nəticələnib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Əli Kərim küçəsinin işıqlanmayan hissəsində qeydə alınıb. Şəhər sakini, 1987-ci təvəllüdlü

Əfqan Abdullayev

idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkət edərkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü

Həmidə Babayeva

nı vurub. 75 yaşlı qadın aldığı ağır xəsarətlər səbəbindən Göyçay Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



Milli.Az