Ölkə

Yaşıllaşdırma marafonu çərcivəsində Lənkəranda 35 mindən çox ağac əkiləcək

Metbuat.az

Lənkəran, 10 aprel,

AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Ümumrespublika Yaşıllaşdırma Marafonuna birincilər sırasında qoşulan lənkəranlılar ötən il 10 mindən çox ağac əkiblər.


AZƏRTAC

xəbər verir ki, Lənkəranda yaşıllaşdırma marafonunun ikinci mərhələsi də uğurla icra edilir.


Marafon çərçivəsində rayonda 35 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Bu məqsədlə rayonda keçirilən ağacəkmə aksiyalarında indiyədək 27 mindən çox dəmirağacı, palıd, sərv, eldar şamı, çinar, palma, sitrus, akasiya və sair ağac növləri əkilib.


Humanitar aksiyada icra aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri, inzibati ərazi dairələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.