Dünya

Yaponların "nənəsi" öldü

Metbuat.az

Yaponiyada dünyanın ən yaşlı sakini vəfat edib.



APA

-nın Kiodo agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 1-də

Misao Okava

117 yaşında dünyasını dəyişib.


 


1898-ci il, martın 5-də doğulan Misao Okava həmyerlisi, 116 yaşlı Dziroemon Kimuranın vəfatından sonra planetin ən qoca sakini sayılırdı.


 


Onun 3 övladı, 4 nəvəsi, 5 nəticəsi var. Misao Okava Osaka şəhərinin qocalar evində dünyasını dəyişib.



Milli.Az