Digər

Yaponiyanın ən bahalı "cütlüyü" (FOTO)

Metbuat.az

Yaponiyanın ən bahalı "cütlüyü" hərraca çıxarılaraq satılıb.



ANS PRESS-in məlumatına görə, ölkənin cənubunda bir cüt mango 2 min 500 dollara satılıb. Bu meyvələrin özəlliyi isə ondan ibarətdir ki, bunlar yüksək keyfiyyəti ilə seçilən "günəş yumurtası" ("Tiayo no Tamago") cinsinə məxsus olmasıdır. Həmin manqoları alan şəxsin onları öz lüks mağazasında satacağı bildirilib.



Hər birinin çəkisi 350 qram olan manqoların şəkər səviyyəsi də yüksəkdir. Günəş yumurtası manqoları ilk dəfə hərracla satılıb. Məqsəd isə məhsulların qiymətini qaldırmaqdır.



Meyvələrin baha satılması ilə tanınan Yaponiyada belə hərraclar nadir hadisə deyil. Belə ki, 2008-ci ildə xüsusi cins qovun 25 min dollara satılıb. Adətən bir almanın təxminən 3 dollara satıldığı Yaponiyada xüsusi marka ilə satışa çıxarılan çiyələyin dənəsini isə "lüks istehlakçılar" 415 dollara alırlar.



Mənbə
ANS PRESS