Dünya

Yaponiya və ABŞ kosmik müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Metbuat.az

Tokio, 9 aprel,

AZƏRTAC

Yaponiya və ABŞ hökumətləri kosmosda müdafiə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün məsləhətçi orqan yardacaqlar.


Bu barədə qərar aprelin 8-də Yaponiyanın müdafiə naziri Qen Nakatani ilə ABŞ-ın müdafiə idarəsinin rəhbəri Eşton Karter arasında razılıqdan sonra əldə edilib.


Tərəflər belə bir fikri təsdiq ediblər ki, kosmosdan və kiberməkandan sabit istifadəyə yaranan təhdidlər hər iki ölkə üçün birinci dərəcəli təhlükəyə çevrilib.


Yeni təsis edilmiş işçi qrupun üzvləri kosmosda yaranacaq təhlükələrlə bağlı əməkdaşlığın monitorinqini aparacaq və məlumatların toplanmasını təmin edəcək.


Yaponiya və ABŞ arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın əsaslarının hazırlanması istiqamətində müzakirələrin aprelin sonunadək başa çatdırılması planlaşdırılır.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio