Dünya

Yaponiya Aya kosmik zond göndərəcək

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Yaponiyanın JAXA kosmik agentliyi 2018-ci ildə Aya kosmik zond göndərməyi planlaşdırır.

AZƏRTAC

xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo informasiya agentliyi məlumat yayıb.


Bu, Yaponiyanın 2007-ci ildə Yer kürəsinin peykinə Kaquya pilotsuz aparat göndərməsindən sonra Aya ikinci missiyası olacaq.


JAXA ekspertlərinin sözlərinə görə, Slim zondu “Epsilon” daşıyıcı raketi vasitəsi ilə buraxılacaq. Missiyanın əsas məqsədi Aya dəqiq eniş etməyin metodlarını araşdırmaqdır.