Yağış nə vaxt kəsiləcək?
Sabahdan başlayaraq yağıntılar kəsiləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Hava gün ərzində dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6˚, gündüz 10-15˚ isti olacağı gözlənilir.
Aprelin 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 2-7˚, gündüz 12-17˚, dağlarda gecə 3˚ şaxtadan 2˚, gündüz 6-11˚ isti olacaq.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Azərbaycanda son bir neçə gün ərzində müşahidə edilən qeyri-sabit hava şəraiti aprelin 14-ü gündüzə kimi davam edəcək. Sabah günortadan sonra əksər rayonlarda yağıntılar kəsiləcək.
MənbəANS PRESS