Dünya

​Xocalı soyqırımının şahidi olmuş uşaqlar Türkiyəyə dəvət edilib

Metbuat.az

Bakı. 21 aprel. REPORT.AZ/ İstanbul Ticarət Odası

Xocalı

soyqırımının şahidi olmuş o vaxtkı uşaqları apreli 24-də qəbul edəcək.


"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.


Tədbirdə 1992-ci il fevralın 26-da Xocalıda baş verən soyqırım nəticəsində ata və analarını itirmiş körpə və uşaqlar - indiki gənclər İstanbulda qonaq olacaq.


Onlar deputatlar və qəzetçilərlə birlikdə İstanbul Ticarət Odasının Qəndillidəki Cəmilə Sultan qoruğunda təşkil ediləcək uşaq şənliyinə də qatılacaq.