Digər
Xəzərdə itkin düşmüş balıqçıların axtarışlarına FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub
[ 09 Aprel 2015 09:43 ]
Bakı - APA. Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, axtarışlara Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, aprelin 7-də Xəzərin Azərbaycan sektorunda üç balıqçı itkin düşüb. FHN-in dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.