Ölkə
Mənbə
ANS PRESS
Xəzərdə balıqçı həyəcanı
Qayıqla dənizə çıxmış 2 nəfər balıqçı batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə informasiya daxil olub.
Məlumata əsasən, Qaradağ rayonunda qayıqla dənizə çıxmış 2 nəfər balıqçı (xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru) batma təhlükəsi ilə üzləşib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.
Əməliyyat saat 08:42-də başa çatıb.
Mənbə
ANS PRESS