İdman

"Xəzər Lənkəran"ın məşqçisi cəzalandırıldı

Metbuat.az

"Xəzər Lənkəran"ın U-19 komandasının məşqçisi Məhərrəm Bağırzadə cəzalandırılıb. Fanat.az хəbər verir ki, buna səbəb onun U-19 liqasının AZAL-la oyununun 44-cü dəqiqəsində texniki zona qaydalarını pozması olub.


AFFA İntizam Komitəsi Məhərrəm Bağırzadəni cəzasız qoymayıb. "Xəzər Lənkəran"ın məşqçisi bir oyunluq cəzalandırılıb.


U-17 liqasının “Vətən” - “Bakı” matçının 62-ci dəqiqəsində "Bakı"nın futbolçusu Emil Əliyev hakimlər briqadasın  təhqir etdiyinə görə qırmızı vərəqə alıb. AFFA ona 4 oyunluq cəza verib.


U-16 liqasının "Qarabağ" - "Turan" matçının 17-ci dəqiqəsində isə "Turan"ın futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alıb və 3 oyunluq cəzalandırılıb.


Fanat.az