Ölkə
Xətai rayonunda yanan binanın 140 sakini təxliyə olunub
Bakı, 11 aprel,
AZƏRTACFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, aprelin 10-da Bakının Xətai rayonunda yanğın baş vermiş doqquzmərtəbəli yaşayış binasından 140 nəfər sakin təxliyə edilib. Yanğın saat 21:15-də söndürülüb.
Qeyd edək ki, ümumilikdə 2149 kvadrat metr sahədə baş verən yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.