Dünya

Xarkovda Türkiyə konsulluğunun avtomobili yanıb

Metbuat.az

Ukraynanın Xarkov şəhərində Türkiyə konsulluğuna məxsus avtomobil yanıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, faktla “əmlakın qəsdən zədələmə” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Lexus LS 460 markalı avtomobil aprelin 20-də yanıb.

Hadisə zamanı ölən və yaralanan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.