Digər
Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti dəfə artırılıb
[ 10 Aprel 2015 16:42 ]
Bununla bağlı Azərbaycan prezidenti sərəncam imzalayıb
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti dəfə uzadılıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov APA-ya bildirib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən hərbi prokuror Xanlar Vəliyev səlahiyyət müddəti növbəti 5 il müddətinə artırılıb.