Digər

Xalq artisti Nəriman Məmmədov dünyasını dəyişib

Metbuat.az

[ 06 Aprel 2015 15:18 ]



Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin APA-ya verdiyi məlumata görə, N. Məmmədov bir neçə gün əvvəl insult keçirib.

F. Əlizadə qeyd edib ki, Nəriman Məmmədovla vida mərasimi aprelin 7-də saat 14: 00-da Bakı Musiqi Akademiyasında olacaq, o, II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.