Xalçanı tərsinə toxuyan kişi... - VİDEO
TTV (Region TV) xəbər verir ki, Tovuzun Xatınlı kəndində yaşayan İsmayılovlar ailəsində 2 əsrə yaxındır ki, ailə üzvlərində ən azı bir nəfər xalçaçılıqla məşğul olur. 23 ildir bu missiyanı
Qabil İsmayılovdavam etdirir. Deyir ki, toxuculuq sənətini anasından öyrənib. Xovlu və xovsuz xalçalar, müxtəlif növ kilimlər toxuyan həmsöhbətim istifadə olunan ipi, rənglənməni, ləvazimatları özü hazırlayır. O, digər toxuculardan fərqli olaraq xalçanı tərs üzünə toxuyur. Əl işinin tam ərsəyə gəlməsinə bir aya yaxın vaxt sərf edir.
Toxucu deyir ki, rənglənmədən tutmuş, ip əyirməyə qədər bütün işlərin incəliklə görüldüyü bu məhsullara satışda normal qiymət verilmir. Başqa sözlə, çəkilən zəhmətlə satış qiymətləri uzlaşmır. İndi Qabil İsmayılovun xanasında, üzərində işlədiyi cəmi bir xalça var. O da cehizlik üçündür...
Qabil İsmayılov müəyyən çətinliklərlə qarşılaşsa da bu sənətinin gələcəkdə də yaşamasını istəyir. Bunun üçün də hər dəfə işlə məşğul olanda övladlarını başına yığıb, onlara öyrədir.
Milli.Az