Xakasiyada yeni yanğınlar başlayıb
[ 20 Aprel 2015 11:16 ]
Bakı. Ülkər Bəkirli – APA. Rusiyanın Xakasiya Respublikası ərazisində məşə yaxınlığında daha iki yanğın söndürülüb.
APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, 10 hektar sahəni əhatə edən yanğın əhalinin yaşadığı ərazidə təhlükə törədib.
Əraziyə təhkim olunmuş mütəxəssislər hazırda Erbinski kəndi yaxınlığındakı 24 hektarlıq meşə zolağındakı yanğınla mübarizə aparırlar.
Meşə İdarəçiliyi Departamentindən bildiriblər ki, erilən məlumata görə, yanğınlara səbəb kimi yenə quru otun yanması olub. Qeyd olunub ki, günahkarların müəyyənləşdirilməsi ilə hüquq-mühafizə orqanları və Rusiya Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə nümayəndəliyi məşğul olur.
Qeyd edək ki, Xakasiyada 2015-ci ildə 32 meşə yanğını qeydə alınıb. Yanğınlar 183 min hektar meşə zolağını məhv edib.